Ötən il Qarabağ iqtisadi rayonuna 8 minə yaxın vətəndaş səfər edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7,841 nəfər vətəndaşın səfəri təşkil olunub”.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndiliyinin tviter səhifəsində məlumat verilib.
Bildirilir ki, xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə 3751 nəfər iştirak edib.
Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.
Qeyd edilib ki, “Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri üzrə ümumi reyslərin sayı 123, ümumi sərnişin sayı isə 4090 olub.
Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7,841 nəfər vətəndaşın səfəri təşkil olunub. pic.twitter.com/mGrhD3ZQlo
— Karabakh Economic Region - Qarabağ İqtisadi Rayonu (@karabakh_er) January 7, 2023
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...