Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb
15
yan
2021
21:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il ərzində övladlığa verilən uşaqların sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ümumilikdə 22 uşaq övladlığa götürülüb, onlardan 10-u qız, 12-si oğlandır.
Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3, 11-i 4-11, 1-i isə 12-18 yaş aralığındadır.
Uşaqlardan 17-si yaxın qohumlar tərəfindən, 1-i müəssisədən, 2-si ögey ana və ya ata tərəfindən, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...