Ötən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ötən il ümumiyyətlə qeydə alınmayan xəstəliklərin adları açıqlanıb.
BAKU.WS xəbər verir ki, ötən il qeydə alınmayan xəstəliklər bunlardır:
"Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri".
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalmışdır.
Oxşar xəbərlər
Azərbaycanda hepatit xəstəlikləri azalıb
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz),...