Azərbaycanda hepatit xəstəlikləri azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), Hepatit B virusu ilə (29,4 faiz), Hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azalıb.
Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz,hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, su çiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.
Kəskin poliomielit, epidemik parotit, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.
Oxşar xəbərlər
Azərbaycandan Türkiyəyə turist axını artıb
2019-cu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur. BAKU.WS trend...