Ötən gün şəhidlik zirvəsinə ucalan Elşənin Vətənə əmanət övladları – FOTO
22
sen
2020
10:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ötən gün düşmən təxribatı nəticəsində kiçik çavuş Elşən Məmmədov şəhid olub. BAKU.WS xəbər verir ki, şəhidlə vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdən yayılan fotolarda şəhidin övladları da yer alıb. Mərhumun 3 oğul övladı Vətənə əmanət qalıb. Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olmuş, Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti almışdır.Fotonu təqdim edirik:
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...