Ötən gecə Xırdalanda tikintiyə görə 23 ağac və 32 kol kəsildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Xırdalan şəhərində tikintiyə görə 23 ağac və 32 kol kəsilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
Onun sözlərinə görə, Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyət küçəsimdə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb: "Araşdırma zamanı Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağacın və 32 kolun kəsildiyi məlum olub. Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.
H.Əlizadə ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin aparıldığı, yaşıllıqların mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin getdiyi bir zamanda bu cür halları cəmiyyətə qarşı çağırış kimi qiymətləndirib: “Belə halların baş verməsini qınayırıq və buna yol verənlərin ciddi hüquqi nəticələrlə üzləşəcəyinə əminliyimizi bildiririk. Mülkiyyətçiləri, sahibkarları, tikinti şirkətlərini qəti şəkildə bu cür hallara yol verməməyə, ətraf mühitə qayğı ilə yanaşmağa çağırırıq".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...