Ötən ay havanın temperaturu iqlim normasından yuxarı olub - RƏSMİ
05
avq
2025
11:29
2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub.
BAKU.WS xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, havanın orta aylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır.
Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.
Oxşar xəbərlər
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb
Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb. Eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdə...