Ötən ay 16 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda qeydiyyat üçün müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ay 16 min 152 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.
Bu barədə BAKU.WS-ə DMX-dən məlumat verilib.
Bildirilib ki, oktyabrda 7935 nəfər ölkə ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması, 148-i vətəndaşlıq məsələləri ilə bağlı, 1526-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 643-i ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...