KOBİA sədri: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
"Azərbaycanın sərmayəsi ilə BƏƏ-də təsis edilən "Green Capital Management" şirkəti ilə Qətərin "Al Baladi Holdings" şirkəti arasında Strateji Tərəfdaşlıq sazişi hər iki ölkə arasında iqtisadi və biznes əlaqələrinin inkişafında yeni bir mərhələ açır".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qətər bütün dünya üçün" adlı tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Qətər franşizalarının Azərbaycanda qurulmasını əhatə edən bu saziş, Azərbaycan və Qətər arasındakı iqtisadi əlaqələrin dərinləşməsi baxımından mühüm addımdır:
“Güclü siyasi tərəfdaşlıq iqtisadi əlaqələr üçün möhkəm təməl yaradıb və bu, ortaq məqsədlərə və rifaha doğru irəliləməyi asanlaşdırıb”.
Xatırladaq ki, bu saziş, ilkin mərhələdə Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Oxşar xəbərlər
Bakıda yeni iş yerləri yaradılacaq - Saziş imzalandı - FOTO
Bakıda "Qətər bütün dünya üçün" adlı əlamətdar tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbir Qətərin “Al Baladi Holding”in və BƏƏ-nin “Green Capital Manag...