Orucun insan ruhuna və bədəninə təsiri necə izah olunur?

Orucun insan ruhuna və bədəninə təsiri necə izah olunur?
Sosial 85

"Orucun əsas hikməti insanı mənəvi yetkinliyə və özünənəzarətə çatdırmaqdır. Allah Quranda buyurur ki, oruc bizə təqva qazandırmaq üçün fərz edilmişdir (Bəqərə, 2:183)".

Bu sözləri BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.

"Təqva mövzusu Quranın ən çox önəm verdiyi məsələlərdəndir. Özünənəzarət insanın yiyələnə biləcəyi ən önəmli bacarıqdır. Bədənə təsirinə gəlincə, oruc bədəni dincəldir, həzm sistemini tənzimləyir, toxumaları yeniləyir və immun sistemini gücləndirir. Günümüzdə tibb elmi də sübut edib ki, oruc tutmaq bədənə çox müsbət təsir edir.

Ruha təsiri isə budur ki, oruc insanı maddi aləmdən çıxarıb, mənəvi dəyərlərə yönəldir. Aclıq hissi insana Qiyamət gününün aclığını, habelə yoxsulların vəziyyətini xatırladır, eqonu tərbiyə edir və insanda səbir, rəhm və paylaşma duyğularını artırır.

Qısacası, oruc həm bədəni sağlamlaşdırır, həm də ruhu saflaşdırır",-deyə dinşünas əlavə edib.

Oxşar xəbərlər

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...

341 Sosial 20:38 09 sentyabr 2025

Son xəbərlər