Oruc tutanın duası nə vaxt daha tez qəbul edilir?
Ramazan ayı yalnız oruc ayı deyil, həm də dua və ibadətlərin daha çox qəbul olunduğu mübarək zaman kimi dəyərləndirilir.
İlahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlamasında bildirib ki, bu ayda edilən duaların xüsusi fəziləti var.
Onun sözlərinə görə, Peyğəmbərimiz (s) buyurub ki, oruc tutanın duası rədd olunmaz:
"Xüsusilə Ramazan ayı Quranın nazil olduğu mübarək bir zaman olduğuna görə, bu ayda duaların qəbul olunma ehtimalı daha yüksəkdir. Məsələn, elə iftar zamanı edilən dua. Peyğəmbər (s) buyurub ki, oruc tutanın iftar zamanı etdiyi dua rədd olunmaz".
İlahiyyatçı vurğulayıb ki, imsak zamanı da dua etmək tövsiyə olunur. Gün boyu oruc halında olan insanın nəfəsinin təsbih, yuxusunun isə ibadət sayıldığını xatırladan Fərid Abdullah qeyd edib ki, belə bir halda edilən duaların dəyəri daha böyükdür:
"Qədr gecələri Ramazanın ən fəzilətli gecələri hesab olunur və duaların qəbul olunması ilə bağlı Quranda və hədislərdə açıq şəkildə işarələr var. Bu baxımdan Ramazan ayı təkcə ac qalmaq deyil, həm də dua, istiğfar və mənəvi saflaşma ayıdır.
Ramazanı səmimi ibadət, bağışlanma istəyi və daxili dəyişikliklə keçirmək insanın həm ruhuna, həm də gündəlik həyat tərzinə müsbət təsir göstərir".
Oxşar xəbərlər
Şamaxıda mərkəzi küçə acınacaqlı durumda - RƏSMİ CAVAB
Şamaxı şəhərinin əsas giriş nöqtələrindən birində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, "Laləzar" qəbiristanlığına gedən yolun yaxınlıqdan keçən su arxı zibi...