Oqtay Şirəliyev ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyasında
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb.
BAKU.WS xəbər verir ki, tədbirdə Azərbaycanı Səhiyyə naziri cənab Oqtay Şirəliyev təmsil edir və ölkənin COVID-19-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.
Təşkilatın ölkə ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan hökuməti ilə COVID-19 və səhiyyə ilə bağlı digər mühüm məsələlərdə əməkdaşlıq etməkdən qürur duyur.
Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Komitəsi bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır. Bu Komitədə qəbul olunan qərarlar və siyasətlər, ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.
Komitə işini 15 sentyabr 16:00-da yekunlaşdıracaq.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...