Onlar bu rüsumlardan azad edildi
08
yan
2026
14:31
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib.
BAKU.WS xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu siyahıya əlavə edilib.
Oxşar xəbərlər
Azərbaycanda söküləcək binalarla bağlı YENİ XƏBƏR - 260 tikili...
Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. BAKU.WS-in məlumatına görə, aidiyyəti qurum...