“Omicron”a yoluxma sürətlə yayılır - Nə etməliyik? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirusa sutkalıq yoluxma 2 mini keçir və "Omicron" ştammı da sürətlə yayılmaqdadır.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, xəstəliyin gedişatının yüngül olduğu fikri bir çox insanları arxayınlaşdırmamalıdır. Çünki yoluxma sayındakı kəskin artım xəstəxanaya yatış sayının artmasına səbəb ola bilər.
"Omicron" ştammının həyati təhlükəsinə gəldikdə virus xroniki xəstəliyi olanlar, xüsusilə də vaksin olunmayan insanlarda ağırlaşmalara səbəb ola bilər.
Həkim Günel Sadıqova REAL TV-yə bildirib ki, "omicron"u digər ştamlardan fərqləndirmək üçün spesifik simptomlar yoxdur. O qeyd etdi ki, bunun üçün, eləcə də ümumilikdə koronavirus infeksiyası üçün qoxu qabiliyyətinin zəifləməsi xarakterikdir.
Mütəxəssislər hesab edir ki, "Omicron" ştammı yaş həddi tanımır. Bu virus böyüklərlə bərabər uşaqlar arasında da geniş yayılıb. Dünya təcrübəsinə əsasən isə uşaqlar arasında "Omicron" ştammına yoluxma deltaya nisbətən daha çoxdur. Onlar yeni ştammı böyüklərlə bərabər, demək olar ki, eyni keçirirlər.
Lakin xəstəliyin əlamətləri digər ştamlarla müqayisədə daha yüngüldür. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, yeni və sürətlə yayılan təhlükəli variantların yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən səmərəli yolu vaksinasiyadır.
Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamlardan qorumaq üçün buster doza ilə vaksin olunmağa çağırır.
Oxşar xəbərlər
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza baxmayaraq...”
Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bir neçə aydır davam edən stabil vəziyyətin bir anda pozulması əhali arasında ciddi naraha...