Ölümündən sonra donor olmaq istəyən şəxslərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə yaxındır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Cərrahi reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, aparılan təbliğat və təşviqatlara baxmayaraq, mövcud iki illik statistika çox aşağıdır.
Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində orqan donorluğu və transplantasiyası sahəsində ilkə imza atılıb. Meyit donorun orqanları transplantasiya edilib. Bu, Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib...