Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birinə yaxın yerləşməsi birgəyaşayışı göstərir

Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birinə yaxın yerləşməsi birgəyaşayışı göstərir
Sosial 69

Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi göstərir.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq:

"Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir. Yanaşı duran bu çadırlar eyni Vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır".

Sədrin sözlərinə görə, nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları isə Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir:

"Bu tədbir bir daha göstərir ki, Azərbaycan dövlətçiliyi minillik dəyərlərdən, hüquqi ədalət və milli iradədən güc alır. Bu festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir. Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir".

"Çünki biz hər zaman müxtəlif dinləri, mədəniyyətləri milli birliyimizin sütunlarından biri hesab etmişik. "Fərqliliyin rəngi" festivalının mesajı da məhz budur: hər fərq bir rəngdir, hər rəng bir dəyərdir, tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gözəlliyini, gücünü ortaya çıxarır. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Böyük Zəfər də məhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinə sadiqliyinin sayəsində mümkün olmuşdur", - deyə sədr qeyd edib.

Son xəbərlər