Ölkədə su şəbəkəsinə qoşulma proseduru sadələşdirilib - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə bütün sahələrdə komunal xidmətlərə qoşulma ilə bağlı sistemli tədbirlər keçirilir. Bu baxımdan su şəbəkələrinə qoşulma da qarşıya qoyulan məqsədlərdəndir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov ADSEA ilə KOBİA-nın keçirdiyi birgə tədbirdə çıxışı zamanı deyib.
"Ölkəmizdə su ehtiyatının artırılması baxımdan müvafiq dövlət proqramı icra olunur. Qarşıda duran əsas məsələlərdən biri su idarəçiliyində rəqəmsallşmadır. Bununla su itkilərinin azalması hədəflənir. ADSEA-da Su şəbəkəsinə qoşulma ilə bağlı xüsusi işçi qrupu yaradılıb".
O, həmçinin bildirib ki, 2025-i ilin 2 yanvar tarixindən etibarən ölkədə su şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar qüvəyə minib: "Yeni qaydanın mahiyəti ondan ibarət idi ki bu günədək su şəbəkəsinə qoşulmaq 13 mərhələdən ibarət idi. Hazırda isə bu sadəcə 3 mərhələdən ibarətdir və maksimum 30 günə həyata keçirilir. Ödənişlər isə qaydalar çərçivəsində aparılır. Müraciətlər Elektron Su Portalı, Asan Xidmət və Kob Evlərində edilir".
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır
Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistana nisbətən dəfələrlə azdır. BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznes...
