Ölkədə son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 164 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 155 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 345, bu günə qədər isə ümumilikdə 6 954 464 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada daha 17 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...
