Ölkədə peyvənd olunanların sayı açıqlanıb
03
okt
2021
16:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 949 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 006, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 943 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 736 939, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 142, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 928 797 təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda hansı nazirlər və rəhbər şəxslər vaksin vurdurub? - SORĞU
Ölkədə koronavirus pandemiyası ilə mübarizəyə xüsusi diqqət ayrılır. Bildiyiniz kimi, bu məqsədlə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı il...