Ölkədə peyvənd olunanların sayı 9,7 milyonu ötdü

Ölkədə peyvənd olunanların sayı 9,7 milyonu ötdü
Sosial 347

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 133 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 784 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 708 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 969, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 414 295 təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər