“Ölkə.Az” 8 yaşını qeyd edir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün “Ölkə.Az” saytı səkkiz yaşını qeyd edir.
Ölkə.Az 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb. Fəaliyyətə başladığı ilk gündən etibarən kollektiv Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırmağa səy göstərir.
Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.
Qeyd edək ki, “Ölkə.Az” Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm “Netty”, həm də “MilliNet” mükafatlarının qalibi olub. Bundan əlavə, 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür.
BAKU.WS kollektivi adından "Ölkə.Az" xəbər agentliyində çalışan həmkarlarımızı təbrik edirik!
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...