Ölkə ərazisində müşahidə olunan qeyri-sabit havanın səbəbi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə daxil olan siklonik prosesdir.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
O bildirib ki, siklonun arxa hissəsində formalaşan atmosfer cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri formalaşır, nəticədə şimşək çaxır, leysan xarakterli yağış yağır:
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir ", - deyə o xatırladıb.
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə...