Ölkə ərazisində faktiki hava açıqlanıb

05
dek
2023
15:55
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, 5 dekabr saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Oxşar xəbərlər
Rayonlara güclü yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki hava haqqında məlumat açıqlayıb. Xidmə...
