Oliqarx İsgəndər Xəlilov qəfildən Neftçalada peyda oldu: “Bir nəfəri də işdən çıxarmayın...”
Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx, "İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov bu gün gözlənilmədən Azərbaycanın Neftçala rayonuna səfər edib.
BAKU.WS Virtualaz.org saytının bölgə müxbirinin verdiyi xəbərə görə milyarder Neftçalada onun holdinqinə məxsus olan "Azəryod” ASC-yə baş çəkib. Maraqlıdır ki, oliqarxın Neftçalaya səfəri haqda heç rayon icra hakimiyyətinin başçısının da xəbəri olmayıb. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev səfərdən ancaq İ.Xəlilovun rayonu tərk etməsindən sonra xəbər tutub. Müxbirimiz xəbər verir ki, İ.Xəlilov yod zavodunun işçiləri ilə söhbət edib. Hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisə böhranlı günlərini yaşayır. İ.Xəlilov zavodun istehsal sahələrini də gəzib. Milyarder zavodun rəhbərliyinə göstəriş verib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin.
Oxşar xəbərlər
Bəzi rayonlarda keçirilən aksiyalarla bağlı rəsmi açıqlama
Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti başçısının bir...