Oktyabrın 28-də ilin ikinci Ay tutulması baş verəcək

Oktyabrın 28-də ilin ikinci Ay tutulması baş verəcək
Sosial 16

Oktyabrın 28-də 2023-ci ilin ikinci Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə, bu, qismən Ay tutulması olacaq.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması olacaq

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq. Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, bu tutulma hibr...

79 Sosial 12:06 19 aprel 2023

Son xəbərlər