Günəş tutulması olacaq

Günəş tutulması olacaq
Sosial 215

2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib.

Məlumata görə, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Maqnit qasırğası iki gün davam edəcək

Maqnit qasırğası iki gün davam edəcək

Növbəti iki gündə maqnit qasırğası davam edəcək. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə, son üç gün ərzində...

183 Sosial 12:41 03 oktyabr 2022

Son xəbərlər