Oktyabrın 1-dən COVID-19 pasportu ilə bağlı bu qadağa qüvvəyə minəcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir".
Bunu BAKU.WS-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib:
"Bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib. Oktyabrın 1-dən etibarən immunitet sertfikatı və ya COVİD - 19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək".
Oxşar xəbərlər
Şəhərlərarası avtobus və taksilərdə qaydalar dəyişir - Bu sərnişinləri avtobusdan düşürdəcəklər
Bu gündən şəhərlərarası sərnişin daşınmada bəzi dəyişikliklər ediləcək. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil...