Oğuz sakinlərinin gününü qara edən YOL PROBLEMİ
![Oğuz sakinlərinin gününü qara edən YOL PROBLEMİ](https://baku.ws/storage/photos/uploads/thumbs/large/TXT562Cluko06uJ5vJjznSdk1AmNiKOIPqI0FLKL.webp)
Oğuz rayonunun Mollalı kəndinin sakinləri yol problemindən əziyyət çəkirlər.
Asfalt üzünə həsrət qalan sakinlər deyirlər ki, yolun vəziyyəti uşaqların məktəbə gedib-gəlməsinə, eləcə də avtomobillərin rahat hərəkətinə çətinlik yaradır.
Onların sözlərinə görə, aidiyyəti qurumlara problemlə bağlı dəfələrlə müraciət etsələr də, hər dəfə yolun təmiri üçün maliyyə vəsaitinin ayrılmasının gözlənildiyi bildirilir.
"Yolumuz bərbad haldadır. Taksilər 10 manatlıq yolu 25 manata aparır. Hamilə qadını xəstəxanaya çatdırmaq olmur", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıdakı yeni yola görə 1650 ədəd ağac köçürüləcək
Dövlət Ekoloji Ekspertiza Agentliyində "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət...
![](/images/banners/placeholder_home_right_az.jpg)