OBA: Hər iki əməkdaşımızın sağlamlığı nəzarətimizdədir

Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən "OBA" marketdə baş vermiş partlayış zamanı xəsarət alanların kimliyi bəlli olub.
Partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Söhbət Nargül Məhəmməd qızı Baxşıyeva, Kəmalə Paşa qızı Əhmədova və Şəlalə Şakir qızı Əsgərovadan gedir.
Nargül Baxşıyeva partlayış anında marketin qarşısından keçib. 45 yaşlı Kəmalə Əhmədova və 38 yaşlı Şəlalə Əsgərova isə marketlər şəbəkəsinin əməkdaşlarıdır.
"OBA Market" MMC-nin iki əməkdaşı şirkət hesabına "Liv Bona Dea"da müalicəsini hazırda da davam etdirir. Xəsarət alan vətəndaş Nargül Baxşıyevaya lazımi ilkin yardım göstərilib, müayinələrdən keçib, OBA marketlər şəbəkəsi tərəfindən vətəndaşa mənəvi və maddi yardım göstərilib.
Oxşar xəbərlər
Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxunub
Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkət...
