Nyu-Yorkda könüllü "vaksinasiya pasportları" tətbiq olunub
27
mar
2021
22:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nyo-York ABŞ-ın koronavirusa qarşı peyvənd olunmasını təsdiqləyən könüllü rəqəmsal sertifikatları tətbiq edən ilk ştatı oldu.
BAKU.WS xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo öz "Twitter" səhifəsində bildirib.
E.Kuomo bildirib ki, sertifikatın adı "Excelsior Pass" olacaq. O, QR kodu şəklində istifadə ediləcək.
Bunu əldə etmək üçün tətbiqi "Apple App Store" və ya "Google Play Store"dan yükləmək lazımdır. Kodu, həmçinin xüsusi veb-saytda çap etmək mümkün olacaq.
Proqramda iştirak könüllüdür.
Oxşar xəbərlər
Çində koronavirusa görə peyvənd vurulmasına başlanıldı
Çində yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyanın ilk mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan şəxslərə peyvənd vurulmasına başlanılıb. BAKU....