“Nurgün” Şirkətlər Qrupu Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümü münasibətilə 100 ağac ianə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə “Nurgün” Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
Fonda ianə edilən ağaclar işğaldan azad olunan ərazilərin dirçəlişi, Qarabağda təbiətin yaşıllaşdırılması üçün istifadə ediləcəkdir.
Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib.
30 illik işğal müddətində ekologiyaya və təbiətə vurulmuş ciddi zərəri aradan qaldırmaq hər bir vətəndaşın borcudur.
Bu il Ümummilli Liderin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...