İntihar edən 14 yaşlı oğlanın əmisi də... - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Salyan rayonunun Qızılağac kəndində 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu intihar edib.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı unikal-a danışan Qızılağac kənd bələdiyyə sədri Bünyad Yolçuyev bildirib ki, yeniyetmə axşam saatlarına yaşadıqları evdə özünə qəsd edib.
"Mirələm Qızılağac tam orta məktəbinin 8-ci sinif şagirdi idi. İntihar etməmişdən əvvəl dostları ilə birlikdə məhəllədə futbol oynayıb. Daha sonra isə evinə qayıdaraq intihar edib. Mirələmin psixi problemləri olub. Onun ölüm səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
B.Yolçuyevin sözlərinə görə, Mirələm Cavadzadənin ötən il əmisi də intihar edibmiş:
"Əmisi ailə problemlərinə görə özünə qəsd edib. O, intihar etməmişdən öncə atasına, yaxın qohumlarına özünü öldürəcəyi barəsində məlumat vermişdi. Çox heyif ki, o da yaşadıqları evdə özünü asaraq həyatına son qoymuşdu".
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...