Bu uşaqları biz öldürdük: "Elinalar"ın acı taleyi

Bu uşaqları biz öldürdük: Elinaların acı taleyi
Sosial 2816
Son illər ərzində azyaşlılar, xüsusi ilə məktəblilər arasında intiharların sayı kəskin şəkildə artıb.BAKU.WS baş verən intihar hadisələrinin xronikasını təqdim edir:1. 19 Dekabr 2014-cü il - Pirallahı rayon 2000-ci il təvəllüdlü, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyan Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb.2. 25 fevralın 2015-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.3. 20 aprel 2015-ci il Kürdəxanı qəsəbəsində 2003-cü il təvəllüdlü, VI sinif şagirdi Ruslan Həsənli yaşadığı evdə özünü asıb.4. 16 Sentyabr, 2015-ci il Cəlilabad rayonu Gülməmmədli kənd sakini, 12 yaşlı VI sinif şagirdi həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib.5. 4 dekabr 2015-ci ildə Sabirabad rayonu Ahısxa kəndi, 2000-ci il təvəllüdlü, IX sinif şagirdi Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib.6. 28 dekabr 2016-cı ildə Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyan Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb.7. 24 oktyabr 2017-ci ildə Ağdam rayonun Çullu kəndində 2001-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Mənsur Quluzadə həyətlərində özünü asaraq öldürüb.8. 4 dekabr 2017-ci ildə 2005-ci il təvəllüdlü, 12 yaşlı Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.9. 28 Fevral 2018-ci ildə Zaqatalada Muxax kəndində 4-cü sinif şagirdi sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədov intihar edib.10. 11 Mart 2018-ci ildə Gəncə şəhərin Cavad xan qəsəbəsi sakini, 17 yaşlı, 11-ci sinif şagirdi Mədətov Səbuhi Əli oğlu özünü asaraq intihar edib.11. 11 oktyabr 201 –ci ildə Qaradağ rayon 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib.12.9 Fevral, 2019-cu ildə Biləsuvar rayonunda 2004-cü il təvəllüdlü, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alan Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib.13.4 aprel 2019-cu ildə Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.Məsələ ilə əlaqədar ekspertlərlə əlaqə saxladıq. Təhsil üzrə ekspert Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, orta məktəblərdə vəziyyət olduqca ağırdır.K.Əliyev deyir ki, bu gün gənclərimiz tədris müəssisələri üçün ayrılmış ən yaxşı binalarda təhsil alsalar da, ümumi vəziyyət ürəkaçan deyil:“Baş verən hadisələr orta məktəb direktorlarının təhsil müəssisəsinə rəhbərlik edə bilmədiyini, məktəb psixoloqunun öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir.Ümumiyyətlə təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir”.Qeyd edək ki, uşaq intiharları ilə bağlı psixoloqlar da həyəcan təbili çalır. Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Manuçehri Laleri Araz BAKU.WS-ə bildirib ki, Elina Hacıyevanın intihar etməsi də acınacaqlı bir hadisədir. Onun sözlərinə görə, bu fakt ciddi araşdırılmalıdır.“Həmişə faciədən sonra insanlar günahı bir-birinin üstünə atırlar. Biz özümüz də, burada baş verənləri dəqiqliklə bilmirik. Lakin fakt odur ki, qız intihar edib. Burada heç kimi tənqid etmirəm. Ümumi vəziyyəti qiymətləndirirəm.Əgər müəllimlər və məktəb rəhbərliyi görürdüsə, ailədə bir problem var, uşaqların hüquqlarını qoruyan qurumlara müraciət edərdilər. Bildirərdilər ki, ailə və uşaq problemlidir. Əgər məktəb psixoloqu məsələyə müdaxilə etməliydi. Əslində burada günahkarı axtarmaq lazım deyil. Bu cəmiyyətin günahıdır. Burada hərəmiz haradasa boşluq vermişik. Hər bir işə laqeyidlik və hər kəsin işində müəyyən boşluqlar nəticəsində ortada böyük problemlər yaranır.Hazırda qorxulu bir vəziyyətdir. Qorxmaq lazımdır ki, intiharların epidemiyası başlamasın. Günbəgün uşaqlar arasında intiharların sayı artır. Ən çox da 14-15 yaşlı uşaqlar araasında belə hallara rast gəlinir. Bu çox ciddi siqnaldır. İnsanlar diqqətli olsunlar ki, cəmiyyətdə problemlər artır. Mən qorxuram ki, daha ağır problemlər yarana bilər. Ciddi tədbirlər görmək lazımdır”.Mütəxəssis deyir ki, bu istiqamətdə xüsusi probramlar hazırlamaq lazımdır:“Uşaqlarla işləyən bütün mütəxəssislər xüsusi təlimlər keçməlidir. Nəinki məktəb psixoloqları, hətta müəllimlər də iş görməlidirlər. Müəllimləri də qınamaq olmur. Onların işləri də çoxdur. Müəllim də insandır. Onun da evində problemlər ola bilər. Bütün bunlar nəzərə alınmalıdır və bu istiqamətdə uğurlu sistem qurulmalıdır.Metodik dərsliklər olmalıdır. Burada xüsusi şkalalar hazırlanmalıdır və psixoloji testlər keçirilməlidir. Həmin testlər valideynlərə və müəllimlərə də paylanmalıdır”. Məsələ ilə bağlı Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə BAKU.WS-ə açıqlamasında bildirib ki, son illər Azərbaycanda uşaqların intihar etməsinin hamısını məktəblə bağlamaq düzgün deyil.“Burada ailə problemləri var. Çox səbəblər ola bilər. Əslində burada çox səbəblər olur. İntihar psixi durumun PİK nöqtəsində olması deməkdir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır.Təhsil müəssisələrində daha çox diqqətin artırılması üçün monitorinqlər keçirilməlidir. Daha çox 5-ci sinifdən yuxarı uşaqlarlə işləmək lazımdır. Bu gün bunun üçün hansı təşəbbüs qurupları var ki, bununla bağlı iş görür Əslində məktəblərə daxil olmaq da çox çətindir.Çünki ətrafı korlaya biləcək qüvvələr də var. Hər bir uşaqla iş aparmaq laızmdır. Testlər aparmaq laızmdır. İntihar hallar təkcə problemli ailələrdə deyil, normal həyat tərzi sürən ailələrin də uşaqları ola bilər.Uşaqların ailə vəziyyətilə amraqlanmaq lazımdır. Maddi rifahları yüksək olan ailələrin də uşaqları intihar edə bilər”, - deyə Kəmalə Ağazadə bildirib.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Elinanın məktəbdə intihar anı (FOTO)

Elinanın məktəbdə intihar anı (FOTO)

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri ortaya çıxıb. xəbər verir ki, 8-ci sinif şagirdi Elina Hacıyeva dəhlizdə pəncərəy...

47068 Hadisə 09:30 10 aprel 2019

Son xəbərlər