Valideynləri narahat edən məsələ ilə bağlı MÜJDƏ - Çox qısa müddətdə...

Valideynləri narahat edən məsələ ilə bağlı MÜJDƏ - Çox qısa müddətdə...
Foto
Digər 43

"Uşaqlarda bəzi səslərin – xüsusilə S, Ş və R səslərinin – gec formalaşması valideynləri çox narahat edən mövzulardan biridir. Adətən bunun arxasında həm dil-dodaq əzələlərinin zəif işləməsi, həm də uşağın nəfəsi düzgün idarə edə bilməməsi dayanır".

Bu barədə defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bəzən uşaq müəyyən səsi uzun müddət yanlış tələffüz edir və artıq o yanlış vərdiş nitqin içinə oturur:

Valideynləri narahat edən məsələ ilə bağlı MÜJDƏ - Çox qısa müddətdə...

"Diş-çənə quruluşu, gec danışma, ümumi nitq gecikməsi kimi faktorlar da təsir edir. Uşağa bu səsləri düzgün öyrətmək üçün son illər daha çox tətbiq edilən yanaşmalar artikulyasiya məşqləri, dil və dodaq üçün gimnastika, loqopedik masaj, ayna ilə özünü izləmə və fonematik eşitmə oyunlarıdır. Müasir üsulların hamısı uşağın dil əzələlərini gücləndirib səsi daha aydın formalaşdırmağa kömək edir. Nəticə çox qısa müddətdə görünməyə başlayır", - deyə mütəxəsisi bildirib.

Ziya SƏCCAD

Son xəbərlər