“Instagram”da yenilik: Bu məlumatı təqdim etməyənlərin profili bağlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İnstaqram sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bu günlərdə şirkət şəbəkə ilə bağlı daha bir yeniliyə imza atıb.
Bundan sonra instaqrama daxil olmaq üçün doğum tarixinin qeyd olunması məcburi olacaq. Lazımi məlumatı bölüşməyənlərin isə profili bağlanacaq.
Həmçinin, şəbəkə süni intellekt vasitəsilə verilən məlumatların həqiqiliyini də yoxlayacaq.
Şirkətdən verilən məlumata görə, bu tələb azyaşlıların uyğunsuz reklam və kontentdən qorunması məqsədi daşıyır.
Oxşar xəbərlər
Radioreklamın effektliliyi və üstünlüyü
Müasir dünyada ən təsirli və əhatə dairəsi geniş olan kütləvi informasiya vasitələrindən biri radiodur. Artıq on illərdir ki, radio öz aktuallığını itirmir. Xəb...