İnsanlar BU SƏBƏBDƏN KÖKƏLİR - FOTO

İnsanlar BU SƏBƏBDƏN KÖKƏLİR - FOTO
Sosial 3

Dietoloqlar artıq çəkinin yaranma səbəbini açıqlayıblar.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı fruktozanın iştahı artırdığı və çəki almağa səbəb olduğu ortaya çıxıb.

Bu barədə dieqtoloq Riçard Conson bildirib. Onun sözlərinə görə, fruktoza insanı daha çox yeməyə təhrik edərək onun kökəlməsinə şərait yaradır.

Bu səbəbdən bəzi dietoloqlar şəkər tərkibli qidaların qəbulunu azaldılmasını tövsiyyə edir. Bəzi dietoloqlar isə düşünür ki, çəki atmaq üçün yağlı qidaların qəbulunu azaltmaq lazımdır.

Fruktoza (meyvə şəkəri, C6H12O6) monosakkariddir və təbiətdə ən çox yayılmış şəkərlərdən biridir. Fruktoza qida sənayesində bir şirinləşdirici olaraq geniş istifadə olunur. Fruktoza bədəndə karbohidratlardan (xüsusilə qlükozadan) da istehsal edilə bilər.

Məlum oldu ki, bu növ şəkər bədəndəki aktiv enerji səviyyəsini (ATP və ya adenozin trifosfat) azaldır və bu da aclığa səbəb olur. Nəticədə adam iştaha nəzarətini itirir və çox miqdarda karbohidrat, yağlı və yüksək kalorili yemək yeməyə başlayır.

İnsanlar BU SƏBƏBDƏN KÖKƏLİR - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər