Novruz bayramı İçərişəhərdə böyük təntənə ilə qeyd edildi

Milli bayramımız olan Novruz Bakının tarixi mərkəzi olan İçərişəhərdə də böyük coşğu və təntənə ilə qeyd edilib.
BAKU.WS xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda gündüz və axşam olmaqla iki müxtəlif proqram təşkil edilib.
Hər iki proqram zamanı Novruz bayramının bir çox adət-ənənələri icra edilib.
Gündüz proqramınmda güləş və qılıncoynatma kimi oyunlar da təşkil edilib. Pəhləvanlar öz məharətini göstəriblər. Uşaqlar isə İçərişəhər qapı-qapı düşərək bütün evlərə papaq atıblar.
Təmtərağı və coşğunu artıran daha bir səbəb isə "Novruz qalası" adlı konsert proqramı olub. Xanəndələr və başqa janrlarda ifa edən sənətçilər kütlə qarşısında sevilən ifaları oxuyublar.
Bayram gecəsi böyük tonqalın yandırılması ilə davam edib. Kosa və keçəl öz zaraftaları və əyləncəli şouları ilə ətrafdakı sakinlərin gülüşünə səbəb olub.
İçərişəhərdəki Novruz təmtərağı ölkəmizdəki turistlərin də böyük marağına səbəb olub.
Onlar bayram zamanı həm əylənib, həm də əyləncəli anlarını foto və videolara köçürüblər.
Qalereya
Oxşar xəbərlər
Çin istehsalı olan avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ!
Maşın bazarında ənənəvi tendensiya dəyişir. Gürcüstandan gətirilən "ikinci əl" maşınlar hakim mövqelərini sürətli şəkildə itirirlər. Ekspertlər bazardakı mövqe...
