Novella Cəfəroğlu: "Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!"
Keçmiş deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir edib. O, cəbhəyə gedən qadınlar haqqında bunları deyib: “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.
BAKU.WS xəbər verir ki, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu modern.az-a keçmiş deputatın səsləndirdiyi fikirlərə sərt etirazını bildirib:
“Cümşüd Nuriyev özü nədir ki, onun səsləndirdiklərinə də cavab verim?! Qadın batalyonu cəbhədə əsgərlər arasında ruh qaldırmaq üçün yaradılmışdı. Yəni ki, baxın, qadınlar da müharibəyə gedir. Həmin vaxt ali təhsilli, elmlər doktoru olan qadınlar cəbhəyə getmək üçün yazılmışdılar. İndi o qadınları bu formada təhqir etməyə Cümşüd Nuriyevə kim icazə verib?! Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!”.
Novella Cəfəroğlu bir də belə təhqirə yol verən şəxsləri məhkəməyə verəcəyini qeyd edib:
“Bizim cəmiyyətin 6 qızı döyüşlərdə şəhid olub. Əsgərlərin yanına rayonlara gedirdik, yemək, geyim aparırdıq. Qadın batalyonunun işi bu idi. Özlərini yığışdırsınlar. Bir də bizim batalyona söz deyən olsa, hamısını məhkəməyə verəcəyik”.
Oxşar xəbərlər
Azərbaycanda evlənmə yaşı artıb - Son 27 ilin ən yüksək göstəricisi
Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.BAKU.WS trend-ə istinadən xəbər verir ki, ümumil...