Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ
06
iyn
2024
12:57
Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
XƏBƏRDARLIQ: Leysan yağacaq, dolu düşəcək, çaylardan daşqın və sel keçəcək
Bakıda və Abşeron yarımadasında güclü küləklə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 1-i günün i...