Niyazi Həsənovun ölkədən çıxışına "stop" qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisad elmləri doktoru, professor Niyazi Həsənovun rəhbərlik etdiyi şirkətə görə onun ölkədən çıxışına məhdudiyyət qoyulub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Həsənovun rəhbərlik etdiyi "AGRO SUPPLY SERVICES" MMC-nin ümumilikdə 6 82.24 manat vergi borcuna görə məhkəməyə müraciət olunub.
Məhkəmənin qərarı ilə 1958-ci ildə Salyan rayonunda anadan olmuş Niyazi Həsənovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb.
Qeyd edək ki, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən Niyazi Həsənov, eyni zamanda "Bərəkət" İctimai Birliyinin sədridir.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....