Nikah və boşanmaların ən çox qeydə alınandığı şəhər və rayonlar - RƏSMİ

Nikah və boşanmaların ən çox qeydə alınandığı şəhər və rayonlar - RƏSMİ
Sosial 2318
 

Azərbaycanda daha çox nikah və boşanma qeydə alınan şəhərlərin adları açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə qeydə alınan 66771 nikahadaxilolma halından ən çoxu Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Cəlilabad və Masallı rayonlarında qeydə alınıb:

"Müvafiq olaraq Bakıda 16 811, Sumqayıtda 2592, Gəncədə 2006, Cəlilabadda 1531 və Masallıda 1394 nikah bağlanıb”.

L.Kərimova qeyd edib ki, 13 114 boşanma halından ən çoxu Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Ağdam və Tovuz rayonlarında qeydə alınıb:

"Müvafiq olaraq Bakıda 4369, Gəncədə 733, Sumqayıtda 608, Ağdamda 377 və Tovuzda 313 boşanma faktı qeydə alınıb”.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 1 ayda 1100 ailə dağılıb

Azərbaycanda 1 ayda 1100 ailə dağılıb

Azərbaycanda bu ilin yanvar ayında 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən İstiPress-ə verilən məlumata görə, bu...

3823 Şou-biznes 20:58 16 mart 2017

Son xəbərlər