Niderlandın baş nazirindən pessimist açıqlama

Niderlandın baş nazirindən pessimist açıqlama
Sosial 537

Niderlandın Baş naziri Mark Rutte yeni növ koronavirusa (Covid-19) əhalinin əksəriyyətinin yoluxacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Epidemiyanın qısa müddət ərzində yox olmayacağını deyən Baş nazir yerli əhalinin də əksəriyyətinin gələcək günlərdə virusa yoluxacağını ehtimal edib.

"İmmuniteti güclü olanların sayı nə qədər çox olarsa, virus yaşlılar və xəstələrə bir o qədər az yayılacaq. Bu, çox uzun müddət aparacaq. Zəifləri yalnız bu yolla qoruya bilərik", - deyə Mark Rutte bildirib.

Vaksin olmadığı müddətdə epidemiyanın Niderlandı tərk etməyəcəyinə işarə edən Rutte qeyd edib ki, bu mərhələdə virusun yayılmasını azaltmaq üçün hər cür səy göstərilməlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər