Niderlandda "omikron" ştamının yeni alt növü müəyyən edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandda, eyni zamanda "kentavr" kimi tanınan "omikron" BA.2.75 koronavirus ştamının alt növü müəyyən edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.
Alt növ iyunun 26-da götürülmüş nümunələrdə aşkar edilib. Nə qədər insanın buna yoluxduğu barədə məlumat verilmir.
Bu variant əvvəllər Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, Yeni Zelandiya, ABŞ və Yaponiyada tapılıb. İlkin məlumatlara görə, BA.2.75 variantı immun sisteminə qalib gəlmək qabiliyyətinə malikdir və daha yoluxucu ola bilər.
Oxşar xəbərlər
Bu şəxslər üçün 2022-ci ildə pandemiya bitmiş olacaq - VİDEO
“Pandemiya ilə mübarizə strategiyaları fərqlidir və müxtəlif ölkələrdə də bu strategiyaların ayrı-ayrı metodlarından istifadə edilir. Bəzi ölkələr peyvəndləmə s...