Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazovun təqdimatına əsasən, bu barədə quruma qeydə alınmış deputatlığa namizəd Gülağa Aslanlı müraciət edib:
"O, 37 seçki məntəqəsinin formalaşdırılması zamanı qanun pozuntularının qeydə alındığını, məlumat lövhələrində müəyyən məlumatların asılmadığını, seçki günü məntəqələrdə pozuntuların baş verdiyini iddia edib. Onun təqdim etdiyi videogörüntülər baxış zamanı pozuntuların olduğu təsdiqini tapmayıb.
G.Aslanlı 143 nəfər seçki məntəqəsinin üzvünün həmin məntəqə ərazisində yaşamadığını iddia edib. Lakin bu məsələ də təsdiqini tapmayıb. O həmçinin, bəzi unvanların seçki dairəsinin hüdudlarına aid olmadıgıni bildirib.
Ekspert qrupunun araşdırması zamanı 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinə zidd halların baş verdiyi müəyyən edildiyindən, tək bu məntəqədə nəticələr etibarsız sayılıb".
Oxşar xəbərlər
Ordubadın beş kəndində qaz təchizatı dayandırılıb
Ordubad rayonunun beş kəndində qaz təchizatının verilişində fasilə yaranıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti m...
