Nərimanovdakı qəzalı binanın sakinləri hələ də köçürülməyib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonu Malik Məmmədov 28 ünvanında yaşayan sakinlər bir neçə ay əvvəl yaşadıqları evlərin onların məzarına çevrilə biləcəyini deyirdilər.
Baku TV bu məsələni işıqlandırmışdı. O zaman söz verilmişdi ki, yaxın zamanda sakinlər qəzalı vəziyyətdə olan evlərindən köçürüləcək.
Amma aylar sonra yenidən həmin ünvanda olan zaman məlum oldu ki, heç nə dəyişməyib.
Ərazidə tikinti işləri aparan “Komfort həyat” tikinti şirkətindən bildirildi ki, ərazidən xəbərləri var və hissə-hissə həmin ünvandakı sakinlər də köçürüləcək. Binanın indiki vəziyyətinə gəlincə, hər an çökə bilər və onlarla insan həyatını itirə bilər. Ümid edirik ki, ağır nəticələrə səbəb olmadan məsələ həllini tapacaq.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...