"Neomotors" barəsində Dövlət Agentliyində iş qaldırıldı - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Neomotors" MMC barəsində iş qaldırıb.
BAKU.WS xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, iş minik avtomobillərinin satışı zamanı bağlanılan müqavilə şərtlərində rəqabət qanunvericiliyinin pozulması əlamətləri ilə bağlıdır.
Belə ki, Dövlət Agentliyi daxil olmuş müraciət əsasında şirkət barəsində Rəqabət Məcəlləsinin 25.1.3-cü və 25.1.5-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Hazırda işə baxılması davam edir.
Qeyd olunan maddələrin hər biri özündə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətləri ehtiva edir. Maddələrdən biri rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, digəri isə rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsindən ibarətdir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...