Nə maska taxan var, nə əlcək geyinən - Bazarlarda qaydalara əməl olunmur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial məsafə qorunmur, üstəlik tibbi maska və əlcəkdən istifadə edilmir. Deyilən qayda pozuntularını bu dəfə 8-ci kilometr və Sabunçu və Suraxanıda dəmir yolu ətrafında yerləşən bazarda müşahidə etdik.
BAKU.WS ATV-yə istinadla xəbər verir ki, qida məhsulları ilə birbaşa təmasda olan satıcılar isə müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışdılar.
Normalda 2 metr ara məsafəsi olmalıdır, amma bu bazarda hərəkət edərkən insanlar arasındakı məsafəni heç santimetrlə belə ölçmək mümkün deyil. Karantin rejiminin pozulması burada açıq görünür. Belə ərazidə yoluxma riski hər an mümkündür.
Maraqlıdır ki, vəziyyətə nəzarət etmək əvəzinə bazar nümayəndələri vəziyyətdən çıxış yolu kimi qayda pozanlara qarşı cərimə tətbiq edilməsini lazım bilirlər.
Yeri gəlmişkən, metodiki göstərişlərə əsasən ictimai iaşə müəssisələrində qida məhsulları ilə təmas zamanı saçları qapalı saxlayan baş örtükləri, tibbi maska və əlcəklərdən istifadə edilməlidir.
Oxşar xəbərlər
"Hökumət təcili tədbirlər görməlidir" - Həkimlərdən koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Paytaxtda insan çoxluğu müşahidə olunur. SMS icazə sistemin...