Nazirlikdən XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.
Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.
Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
BAKU.WS
Oxşar xəbərlər
Hava yenidən soyuyur: leysan yağacaq
Hava ilə bağlı növbəti xəbərdarlıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin kəskin dəyişəcə...