Nazirlikdən sel təhlükəsi barədə XƏBƏRDARLIQ

Nazirlikdən sel təhlükəsi barədə XƏBƏRDARLIQ
Sosial 1275
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.Departamentdən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib.Eyni zamanda proses şimal-qərb küləyinin güclənməsi ilə müşahidə olunub. Küləyin sürəti Xınalıqda 28, Kəlvəzdə 25, Daşkəsəndə 20-25, Mərəzədə 22-24, Altıağacda 22, Neftçalada 20, Bakı və Yardımlıda 18 m/san olub.Oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Faktiki hava açıqlandı: Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatıb

Faktiki hava açıqlandı: Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şər...

1688 Hadisə 14:34 30 mart 2018

Son xəbərlər