Nazirlikdən rəsmi açıqlama: "Eşşək əti zərərli deyil"
Son günlər sosial şəbəkələrdə və mediada ən çox müzakirə olunan mövzlulardan biri ölkəmizdə 5 mindən çox eşşəyin yoxa çıxmasıdır.
BAKU.WS YeniÇağ-a istinadən verdiyi xəbərdə bildirilir ki, Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, ötən il bu rəqəm 38 min 500 olub. Yoxa çıxan eşşək və donuzların ətlərindən dönərxanalar və ya kolbasa-sosislərin istehsalında istifadə edildiyi iddia edilir. İstifadəyə yararsız olan olan belə ətlərin paytaxtda insanlara satıldığı da bildirilir.
Eşşək əti insan sağlamlığı üçün zərərlidirmi?
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir.
"Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur. Bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və s. ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur. Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.
Ətin protein daşıyıcısı olduğunu deyən həkim-ekspert Adil Qeybulla da qeyd edib ki, əgər hər hansı heyvanda heyvani mənşəli infeksiyalar yoxdursa və həmin heyvanın sağlamlıq göstəriciləri düzgündürsə, onun ətinin insan orqanizmi üçün ziyanı ola bilməz, o cümlədən eşşək ətinin: "Lakin qidalanma rasionu nəzərə alınmalıdır. Hər hansı heyvan ətinin yeyilməsi psixoloji məsələdir. Elə qidalar var ki, biz onları qəbul etmək üçün psixoloji hazır olmalıyıq. Azərbaycanda qida məhsulu kimi istifadə edilməyin ətin birdən-birə qida məhsulu kimi istifadə edilməsi tarixi ənənələlərə ziddir. Hər bir ət məhsulunun dad xüsusiyyətləri olur ki, insanlar buna öyrəşir. Orta Asiya, Çin və Yaponiyada istifadə olunan ət məhsulları Azərbaycan üçün tamamlə qəbul olunmazdır. Lakin istənilən ət qida məhsulu kimi istifadə oluna bilər, əgər o təmizdirsə, tərkibində başqa problem yoxdursa”.
A.Qeybulla eşşək ətindən çox onun dərisinin çox qiymətli olduğunu və dünyada bu məqsədlə çoxaldılmasına diqqət edildiyini vurğulayıb. "Eşşəyin dərisindən jelatin halında istifadə edilməsi çox qiymətlidir. Jelatin dərman məhsullarının hazırlanmasında, kimyəvi texnologiyada çox geniş yayılmış və qiymətli materialdır. Həmin heyvanların çoxaldılması, sənaye istehsalı məsələsi bununla bağlıdır”.
BAKU.WS
Oxşar xəbərlər
Eşşək ətini niyə yemək olmaz?
Son zamanlar xəbər saytlarında və sosial şəbəkələrdə yoxa çıxan 5 min eşşəklə bağlı bir çox versiyalar səslənir. Bir çoxları elə düşünürlər ki, bu heyvanlar kəs...